yerli əhəmiyyətli su mənbəyi

Bələdiyyə torpaqlarında yerləşən və yerli ehtiyacları ödəmək üçün istifadə olunan su obyektləri

yerli əhəmiyyətli məsələlər
yerli gəlir
OBASTAN VİKİ
Cərəyan mənbəyi
Cərəyan mənbəyi, üzərindəki gərginlikdən asılı olmayan bir elektrik cərəyanı verən və ya udan bir elektron dövrədir. Cərəyan mənbəyi adından da məlum olduğu kimi dövrəni cərəyanla enerji ilə təmin edir. Cərəyan özü naqildə elektronların nizamlı hərəkət etməsidir. Cərəyan mənbəyinin funksiyası isə naqildəki elektronları hərəkətə gətirməkdir. qısası dövrədə cərəyanı yaradan elektrik mənbəyidir.Cərəyan mənbəyinin iki növü var: Sabit Cərəyan mənbəyi Dəyişən cərəyan mənbəyiSabit cərəyan mənbəyinin iki qütbü olur. müsbət (+) və mənfi (-). Bu mənbədə elektronlar mənfi qütbdən çıxıb müsbət qütbə doğru gedirlər və ancaq bir istiqametdə sabit sürətlə gedirlər. Ona görə də belə mənbələr sabit cərəyan mənbələri adlanır. (məsələn: batareyalar, akumulyatorlar və s) Dəyişən cərəyan mənbələrində isə elektronlar gah bir qütbdən digərinə, gah da əksinə qayıdırlar. Elektronlar bir istiqamətdə və sabit sürətlə getmədiyindən belə cərəyan dəyişən cərəyan adlanır == Həmçinin bax == Gərginlik mənbəyi == İstinadlar == == Əlavə oxu == "Current Sources & Voltage References" Linden T. Harrison; Publ.
Gərginlik mənbəyi
Gərginlik mənbəyi sabit bir gərginliyi saxlaya bilən iki terminallı bir cihazdır.
Çay mənbəyi
Çayın mənbəyi — çayın başlandığı yer. Mənbə əsasən bulaq, göl, buzlaq, bataqlıq və ya digər iki çayın birləşməsi ola bilər. Xəritələrdə adətən eniş sahələr mənbə olaraq göstərilir. Çay sistemində çoxlu sayda mənbələr olsa da, mənsəbdən ən uzaqda yerləşən mənbə əsas hesab edilir. Başlanğıcını bataqlıqdan götürən çaylara misal kimi Volqa çayını göstərmək olar. Amur çayı Arqun və Şilki, Ob çayı isə Biya və Katun çaylarının birləşməsindən yaranır. Azərbaycan ərazisindən axan Qurbağalı çayının mənbəyi Kiçik Alagöldür. Çay Kiçik Alagöldən başlayaraq Böyük Alagölə tökülür.
Güc mənbəyi
Qida bloku- (ing. power supply unit) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğu. Qida blokunun bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Sərinkeş vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işin bu işin görülməsinə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150–200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunun səsidir, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış sərinkeşdir.
Yerli avstraliyalılar
Yerli avstraliyalılar — Britaniya müstəmləkəçiliyindən əvvəl Avstraliyada yaşayan qruplar. Bunlara Avstraliya aborigenləri və Torres boğazı adalıları daxildir. == Tarixi == Avstraliyalıların sayı XVIII əsrin axırlarında 250–300 min nəfər idi. Avstraliyalılar 500-dən çox tayfadan ibarət olmuşlar. XIX əsrədək avstraliyalılar ibtidai icma quruluşu şəraitində yaşayıblar. Onlar ovçuluq, yığıcılıq, qismən balıqçılıqla məşğul olurdular. Müstəmləkəçilik siyasəti nəticəsində çox hissəsi qırılmışdır. == Əhali == Qalıqları, başlıca olcaq, Avstraliyanın qərbində və şərqində rezervasiyalarda yaşayır. Avstraliyalıların bir qismi kənd təsərrüfatında işləyir, digərləri ibtidai həyat sürürlər. == Dil == Yerli avstraliyalar Avstraliya dillərində danışırlar.
Yerli sirkulyasiya
== Ümumi sirkulyasiya == Yer kürəsi üzərində irimiqyaslı hava axınları sistemi atmosferin ümumi sirkulyasiyası adlanır. Belə axınlar öz ölçülərinə görə materik və okeanların böyük bir hissəsi ilə müqayisə oluna bilər.Atmosferin ümumi sirkulyasiyasının müxtəlif formada özünü büruzə verməsi atmosferdə müxtəlif cür inkişaf edən və yerdəyişməyə məruz qalan nəhəng dalğa və burulğanların meydana gəlməsindən asılıdır. == Yerli sirkulyasiya == Yerli sirkulyasiyaya dəniz sahillərində brizlər, dağ- dərə küləkləri, buz üstündən əsən küləklər və s. misal ola bilər.Bu yerli sirkulyasiya bəzi vaxtlarda və müəyyən rayonlarda ümumi sirkulyasiya axını ilə üst- üstə düşə bilər.
Yerli terras
Yerli terras – (rus. местная терраса, ing. local terrace) dərənin ancaq müəyyən hissəsində müşahidə edilən terras, əksər halda su tutarların boğulan hissəsində çayın düşməsi nəticəsində yaranır.
Yerli özünüidarəetmə
Yerli özünüidarəetmə — yerli ərazi vahidi əhalisinin (ərazi kollektivini) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti. == Yerli özünüidarəetməyə nəzəri baxışlar == Yerli özünüidarəetməyə müasir baxışın əsasını bu idarəetmənin təbiəti və mahiyyəti haqqında XIX əsr alimlərinin əsərlərində irəli sürülən nəzəri fikirlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu fikirlər bir-birindən əsaslı surətdə fərqlənirdi.Bəzi mütəfəkkirlər yerli özünüidarəetməni dövlətdən asılı olan,əhaliyə ümumdövlət standartlarında və mərkəzi hökumətin ümumi siyasi kursuna uyğun xidmət göstərən dövlət mexanizminin əksmərkəzləşmiş forması hesab edirlər. Digər alimlər isə yerli özünüidarəetmə haqqında icma anlayışına sadiq qalaraq yerli hakimiyyət orqanlarının özünəməxsus müstəqilliyini müdafiə edirlər. Bu müstəqillik öz təsdiqini bu orqanların bilavasitə xalq və ya onun iştirakı ilə formalaşmasında, onların sərbəstliyində tapır. Sərbəstliyi xarakterizə edən amil isə yerli özünüidarəetmə orqanlarının şəxsi maliyyə (yerli büdcə və büdcədənkənar fondlar), maddi (bələdiyyə mülkiyyəti) və bəşəri (bələdiyyə qulluqçuları) resurslara və hüquqi səlahiyyətlərə (hüquqi şəxs qismində müqavilələr bağlamaq və iddia qaldırmaq) malik olmasıdır. Yerli özünüidarəetmənin tarixi kökləri, demək olar ki,bütün dünya xalqlarında mövcud olan ümumi maraqları əhatə edən məsələlərin həlli istiqamətindəki adət-ənənələrlə bağlıdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrində mövcud olan yerliözünüidarəetmə sistemləri öz varlığını əsasən XIX əsrin bələdiyyə islahatlarına borcludur. Bu qurumların təşəkkülü feodal cəmiyyətdən sənayeləşmiş cəmiyyətə keçid prosesləri ilə sıx əlaqəli idi. Yeni doğulan burjuaziyanın istehkamını hələ orta əsrlərdə yerli əhəmiyyətli məsələlərin həllində mərkəzi hakimiyyətin müdaxilə və nəzarətindən müəyyən dərəcədə müstəqillik əldə etmiş şəhərlər təşkil edirdi.
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı. Siyahıda ən qədim abidələr Xaçmaz və Şamaxıdakı XIV əsrə aid ərəb sənduqələridir.
Güc mənbəyi problemləri
Kompüterin gücü (ing. computer power) – kompüterin müəyyən işi görə bilmək bacarığı (imkanı). Əgər kompüterin gücünü, onun müəyyən zaman aralığında yerinə yetirdiyi komandaların sayı kimi təyin etsək, onda gücü bir saniyədə milyon komandalarla (million instructions per second, MIPS) və ya bir saniyədə sürüşkən nöqtəli milyon əməliyyatlarla (MFLOPS) ölçmək lazımdır. Maşının imkanlarını qiymətləndirərkən, qarşıya qoyulan məqsəddən asılı olaraq, onun gücünü başqa üsullarla da ifadə etmək olar. İstifadəçilər və ya alıcılar gücü çox zaman operativ yaddaşın həcmi, prosessorun işləmə sürəti və ya kompüterin bir dəfəyə emal etdiyi bitlərin sayı (8, 16, 32 və s.) kimi terminlərlə xarakterizə edirlər. Beləliklə, bu cür qiymətləndirmələrə çox zaman başqa amillər də cəlb olunur; onlardan ən önəmli ikisi bunlardır: kompüterin komponentləri nə dərəcədə birgə işləyə bilər və onlardan tələb olunan funksiyalara nə dərəcədə uyğundurlar. Kompüter çoxlu elementlərdən ibarət olduğundan, onun gücü hər bir komponentdən, o cümlədən istifadəçidən də asılı olur. == Güc mənbəyi == Güc mənbəyi (ing. power supply) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğudur. Güc mənbəyinin bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Ventilyatoru vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır;Güc mənbəyi kompüterin müxtəlif komponentləri içərisində elektriklə təchiz etmənin əsas komponenti sayılır.Onun funksiyalarına elektrik enerjisinin dəyişdirilməsi ilə yanaşı mütləq müəyyən edilmiş ötürücü kompüterin hər hansı komponentinə ötürülməsidir.Ona görə də güc mənbəyi ilə bağlı olan hər hansı problemlər sonda bütün sistemin nasazlığına gətirib çıxara bilər.
Sülh Mənbəyi əməliyyatı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. == Zəmin == Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu.ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı. Nəhayət, Türkiyə hökuməti eyni ilin oktyabr ayında "son tarix"in başa çatdığını elan etdi.Oktyabr ayında prezident Trampın ABŞ-ni sonu görünməyən müharibədən çıxarmaq qərarı Türkiyəyə Suriyaya qoşun göndərilməsi üçün yaşıl işıq verdi.
İşıq Mənbəyi (1981)
== Məzmun == Film Şamxor (indiki Şəmkir) Su Elektrik Stansiyasının tikintisindən bəhs edir. Kinolentdə on birinci beşillikdə Azərbaycan SSR-də energetikanın inkişaf perspektivlərindən də söhbət açılır.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Afrikanın yerli xalqları
Afrikanın yerli əhalisi, müstəmləkəçilərin gəlməsindən əvvəl orada yaşayan insanlar qrupudur.
Braziliyanın yerli xalqları
Braziliyanın yerli xalqları (port. povos indígenas no Brasil) — və ya Braziliya hindiləri çox sayda fərqli etnik qruplardan ibarətdir ki, 1500 ətrafında olan Avropa işğalından əvvəl ölkədə məskunlaşmışlar.
Yerli eroziya bazisi
Yerli eroziya bazisi – (rus. местный базис эрозии, ing. local base level) istənilən yüksəklikdə yerləşən və yerli əhəmiyyəti olan /müvəqqəti və lokal/, eroziya ba­zisi. Y. e. b. axarsız su tutarları sə­viy­yəsinə, astanalara, çayların qar­şısını kəsən dağ uçqunlarına və s. uyğun gələ bilir.
Yerli hava limanı
Yerli hava limanı yalnız daxili uçuşları həyata keçirən hava limanıdır - eyni ölkə daxilindəki uçuşlar. Yerli hava limanlarının gömrük və immiqrasiya imkanları yoxdur və bu səbəbdən xarici hava limanına gediş-qayıdış uçuşları həyata keçirə bilməzlər. Bu hava limanlarında əsasən qısa və ya orta mənzilli təyyarələri və regional hava trafikini idarə etmək üçün kifayət edəcək qısa pistlər olur. Təhlükəsizlik yoxlaması/metal dedektorları əksər ölkələrdə istifadə olunur, lakin bir çox hallarda beynəlxalq uçuşlar üçün təhlükəsizlik yoxlamalarının adi hala çevrilməsindən on illər sonra quraşdırılmışdır. Kanada və Amerika Birləşmiş Ştatlarının əksər bələdiyyə hava limanları bu təsnifata aiddir. Kanadadakı Beynəlxalq hava limanlarında, Kanada daxilində uçuşları həyata keçirən (bir Kanada şəhərindən digərinə uçan) daxili terminallar mövcuddur. Əlavə olaraq, “beynəlxalq” adlandırılan bəzi hava limanları, beynəlxalq trafiklə nizamsız bir şəkildə məşğul olan yerli hava limanlarıdır. Bu hava limanlarının bir çoxu ABŞ-dədır. İngiltərədə, yerli hava limanına nümunə olaraq, digər Şotlandiya hava limanlarına tez-tez uçuşlar həyata keçirən Wick Hava limanını göstərmək olar. Bəzi kiçik ölkələrin və ya regionların böyüklüyünə və ya siyasi səbəblərinə görə, heç bir ictimai daxili hava limanı, hətta ümumi daxili uçuşları da yoxdur.
Yerli qar xətti
Yerli qar xət­ti – (rus. местная снеговая граница, ing. local snow- line) yüksəkliyi əsasən yerli amil­lərlə /əsas yer səthinin relyefi ilə/ müəyyən edilən, əksər halda qısa məsafədə dəyişən qar xətti.
Yerli özünüidarəetmə orqanı
Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir. Yerli əhali — Bələdiyyə ərazisində daimi yaşayan əhali. Yerli referendum — Əhalinin yerli səsverməsidir. Bələdiyyə mülkiyyəti — bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur.
ATX/ATX12V güc mənbəyi
ATX (ing. Advanced Technology extended) – Fərdi stolüstü kompüterlərin formfaktorudur. 2001-ci ildən başlayaraq kütləvi buraxılan kompüter sistemləri üçün dominant standart sayılır. ATX standartının aşağıdakı xarakteristikaları var: 1. anakartların həndəsi ölçüləri; 2. gövdəsində sökük və deşiklərin vəziyyətinə görə ümumi tələblər; 3. bəzi söküklərin (qidalanma üstünlüyünə görə) vəziyyəti və forması; 4. qida blokunun həndəsi ölçüləri; 5. qida blokunun elektrik xarakteristikaları.ATX/ATX12V 1995-ci ildə Intel firması müəyyən etdi ki, qida blokunun mövcud dizaynı artan yükün öhdəsindən demək olar son nəfəsdə gəlir. Problem onda idi ki, mövcud standartda 12 ötürücü pini olan 2 sökükdən istifadə olunurdu, bunun vasitəsilə də anakartın qidalanması təmin edilirdi. Bundan başqa, sökükün çəngəli qida blokunun və həm də anakartın düzgün şəkildə qoşulmaması zamanı zədələnməsinə gətirə biləcək ətraflı düşünülməmiş siyirmə ilə təchiz olunmuşdur. Bu problemi həll etmək üçün 1995-ci ildə Intel şirkəti həmin dövrdə geniş yayılmış LPX (PS/2) formfaktorunu əsas götürdü və qida blokunun əvvəlki fiziki quruluşunu və ölçülərini saxlamaqla onda quraşdırılmış sökükləri və qidalanma zəncirini sadəcə yenidən işlədi. Beləliklə, ATX standartı həyata vəsiqə aldı. Intel şirkəti 1995-ci ildə ATX standartının xüsusiyyətlərini təqdim etdi, 1996-cı ildə isə bu farmfaktor prosessor bazasındakı stolüstü sistemlər arasında geniş yayılmağa başladı. Pentium və Pentium Pro birinci il bazarın 18%-ni tutdu.
EPS 12V güc mənbəyi
Server sistemləri ilə birlikdə güc mənbəyindən daha çox axın çəkilməsi ehtiyacı ATX12V standartında onsuz da olan ancaq çox istifadə olunmayan AUX (köməkçi) konnektor yerinə 8 uclu əlavə bağlayıcı və standart 20-Pin ATX güc bağlayıcı yerinə də 24-Pin bağlayıcı görünməyə başladı. Bu standart SSI (Server System Infrastructure) server sistemləri infrastrukturu Extenden Power Supply adıyla da bilinən EPS12V olaraq adlandırılır. EPS12V xüsusiyyətində bir güc mənbəyi 24-Pin (Şəkil 1) və köməkçi bağlayıcı (Şəkil 2) vasitəsi ilə xüsusilə Intel Xeon prosessor ilə təchiz server anakartına daha çox güc verə bilər. EPS12V standartı güc mənbəyində 450W və üstü gücü şərt edər. EPS12V standartında bir güc mənbəyi 24 pin ATX konnektorunun əlaqələri Cədvəl 1-də, prosessor gücünü verən Processor Power Connector isə Cədvəl 2-də görülməkdədir.Göründüyü kimi 1 nömrəli Pin sabit olduqda ilk 20 uc və onun qarşısındakı 20 digər uc standart ATX kabeli ilə eynidir.Nəticə olaraq əgər 20-Pin standart ATX güc kabelini 1 nömrə sabit qalmaq şərti ilə EPS12V standartında 24-Pin Connector bağlıya bilərsiniz. (Şəkil 1) Ancaq diqqət edilməlidir ki, bu bənzərlik çox gücə ehtiyac duyan XEON sistemləri, standart ATX12V güc mənbəyi ilə kifayətlənmək mənasında deyil. Xüsusilə bazarda USD 5-8 arası satılan "ATX P4" güc mənbələrinin server anakartları ilə istifadəsi həqiqətən çox mənasızdır. Yenə 8-Pin'li Processor power ucu da bildiyimiz 4-Pin'li ATX12V bağlayıcı ilə bir bənzərlik daşıyır. Ancaq təbii ki kafi güc verir mənasında deyil. Cədvəl 2 isə EPS12V üçün lazımlı olan güc çıxışları görülməkdədir.
Hüceyrənin enerji mənbəyi - ATF
амуле́т лати́нка ляссе́ нака́пливаться нечистосерде́чно повороти́ть подстра́чиваться поясни́ца реда́кторша вкуше́ние коопти́роваться пи́рров пови́снуть на волоске светлогру́дый ти́мус bodying chiliagon haik invalescence run up scald-head woebegone мурлыкать навигатор настирать